Bakı-Naxçıvan reyslərinə bilet yeni üsulla satılacaq

06 Avqust, 2020 15:44 | Sosial | Baxış sayı: 78
AZAL
AZAL

Bu gündən etibarən “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakı-Naxçıvan marşrutu üzrə reyslərinə bilet satışı yeni üsulla həyata keçiriləcək.

İstiPress-ə AZAL-ın Mətbuat xidmətindən verilən məlumata görə, bu istiqamətdə uçuşlara tələbatın yüksək və pandemiya dövründə uçuşların sayının məhdud olduğunu nəzərə alaraq, qeyd edilən marşrut üzrə aviabilet satışı növbəlilik prinsipi əsasında həyata keçiriləcək. Növbəyə aşağıdakı iki usulla yazılmaq mümkündür:

- azal.az saytında https://help.azal.az/hc/az/requests/new?ticket_form_id=360000853919
linki vasitəsilə onlayn formanı doldurmaqla;

- (+99470) 4374081 nömrəsinə WhatsApp vasitəsilə yazılı müraciət edərək.

Müraciət zamanı sərnişinlər mütləq qaydada şəxsiyyət vəsiqəsinin skan edilmiş surətini, həmçinin əlaqə nömrəsini göndərməlidirlər.

Naxçıvan istiqamətində reyslərə tələbatın çox yüksək olduğunu nəzərə alaraq, aviaşirkət nəzərinizə çatdırır ki, yaxın tarixlərdə qeyd edilən istiqamətdə uçuşlarda boş yerlər qalmayıb.