Bakıda bu yollar hərəkətə bağlı olacaq

06 Avqust, 2019 18:37 | Sosial | Baxış sayı: 67
Yol təmiri
Yol təmiri

Bakı Nəqliyyat Agentliyiaçıqlama yaydı

Aparılacaq təmir-tikinti işləri ilə əlaqədar olaraq sabah səhər saat 8:00-dən Abdulla Şaiq küçəsindən Nəriman Nərimanov prospektinə keçid üçün nəzərdə tutulmuş geriyə dönmə yeri nəqliyyat vasitələrinin hərəkətinə bağlanacaq.

İstiPress-ə Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, sürücülərdən alternativ yol kimi Fuad İbrahimbəyov küçəsindən istifadə etmələri xahiş olunur. Təmir-tikinti işlərinin günün sonuna kimi yekunlaşdırılması nəzərdə tutulur.

Dəyişikliklə əlaqədar 6 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslar Fuad İbrahimbəyov küçəsindəki ikinci geriyə dönmədən istifadə etməklə hərəkət edəcəklər.