Porsche-dən yeni model - FOTO

06 Avqust, 2017 13:12 | Sosial | Baxış sayı: 212
911
911

Almaniyada onun qiyməti 285220 avrodan başlayacaq

Porsche şirkəti tarixində ilk dəfə olaraq sportkar 911-in ən güclü və cəld variantını rəsmən təqdim edib - GT2 RS. Yeniliyin təqdimatı Britaniyanın Hudvud şəhərində sürət festivalında keçiriləcək.

Milli.Az auto.az-a istinadən bildirir ki, kupeni təkmilləşdirilmiş 3,8-litlik 6-silindrli mühərriklə təchiz ediblər. Burada böyük turbo kompressorlardan və təkmilləşdirilmiş soyutma sistemindən istifadə edilib. Aqreqat 7-pilləli robot sürət qutusu ilə birgə çalışır və 700 a.g.və 750 Nm fırlanma anına malikdir.

Arxa ötürücülü superkar yerindən 100 km/saata 2,8 saniyəyə sürətlənir - 911 Turbo S versiyasında 0,1 saniyə daha tez. Yeniliyin maksimal sürəti 340 km/saatdır.

Yanacaq çəni tam dolu olduqda Porsche 911 GT2 RS-in çəkisi 1470 kq təşkil edir. Kupe titandan buraxılış sistemi alıb ki, o, standart versiyadan 7 kq yüngüldür. Bundan əlavə, çəkinin yüngülləşməsinə konstruksiyada karbondan daha çox istifadə edilməsi səbəb olub. Dam, kapot və köndələn davamlılıq stabilizatorları karbondan hazırlanıb.

Əvvəllər də qeyd edildiyi kimi, Porsche 911 GT2 RS-dən 1000 ədəd buraxılacaq. Almaniyada onun qiyməti 285220 avrodan başlayacaq.