Şimalda insanları koronavirusdan belə qorudular - FOTO

06 İyul, 2020 11:42 | Sosial | Baxış sayı: 220

Qubada insanların koronavirus pandemiyasından uzaq olması, onların yoluxmamaları üçün bütün zəruri qabaqlayıcı tədbirlər görülür.

İstiPress-in şimal bürosunun məloumatına görə, rayon İH başçısı Ziyəddin Əliyevin tapşırığı ilə pandemiyaya qarşı görülən tədbirlər çərçivəsində daha bir ilkə imza atılıb.

Rayon rəhbərinin göstərişi ilə Quba şəhərində əhalinin daha çox toplaşdığı yerlərdə-bankların, poçtamtın və Asan Xidmət kompleksinin qarşısında sosial məsafə qorunmaqla oturacaqlar qoyulub. Rayonda insanların bu dəhşətli virusdan qorunmaları üçün İH tərəfindən Quba şəhərində və bütün yaşayış məntəqələrində insanlar arasında geniş miqyaslı maarifləndirmə və izahat işləri aparılır.

Rayon üzrə yaradılmış mobil qruplar tərəfindən reydlər keçirilir, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları pandemiyanın yayılmasına şərait yaradan bütün halların aradan qaldırılması üçün lazımi tədbirlər görür. Sakinlərə qoruyucu vasitələrdən müntəzəm istifadə etmələri, sosial məsafə saxlamaları, kütləvi yığışmalardan uzaq olmaları tövsiyə edilir. Bu halları pozan hər kəsi isə ciddi cəza və cərimə gözlədiyi də diqqətə çatdırılır.

Qeyd edək ki, Qubanın qonşusu Xaçmazda ikinci gündür sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilib. Sakinlərə bir daha ehtiyatlı olmağı, sərt karantin tələbi ilə rastlaşmamaları üçün qoyulan qaydalara əməl etmələri xahiş və tələb edilir.