Bakıda “Şuşa” məhəlləsindəki yanğın söndürüldü

06 İyul, 2020 12:23 | Sosial | Baxış sayı: 28

Paytaxtın Ramana qəsəbəsindəki "Şuşa" yaşayış məhəlləsində yanğın baş verib. 

İstiPress-in məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumatına görə güclü yanğın artıq söndürülüb.

Hadisə Ramana qəsəbəsindəki "Şuşa" məhəlləsində, məcburi köçkünlərin məskunlaşdığı binalardan birində baş verib.

Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb edilib.