Azərbaycanda polkovnik və mayor koronavirusdan vəfat etdi

06 İyul, 2020 10:33 | Sosial | Baxış sayı: 176
Polis
Polis

Azərbaycanda 2 polis əməkdaşı koronavirsudan ölüb.

IstiPress-in “Report”a istinadən məlumatına görə, Bakı şəhərində xəstəxanada müalicə olunan həmin şəxslərdən biri iyulun 1-də, digəri isə iyulun 4-də dünyasını dəyişib.

Həmin şəxslər polis polkovnik-leytenantı və polis mayoru rütbəsində olub.

Məlumata görə, polis polkovnik-leytenantın ölümündən bir gün əvvəl anası da vəfat edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti faktı təsdiqləyib.