Xəzərdə zəlzələ oldu

06 İyul, 2019 10:21 | Sosial | Baxış sayı: 60
Xəzər dənizi
Xəzər dənizi

Ötən ay Xəzərdə 4 dəfə zəlzələ baş verib

Xəzər dənizində yenə zəlzələ olub.

İstiPress Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən bildirir ki, ilkin məlumatlara əsasən, iyulun 6-da saat 03:05-də Astara stansiyasından 25 km cənub-şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb.

Maqnitudası 3.2, dərinliyi 16 km olan zəlzələ hiss olunmayıb.

Xatırladaq ki, ötən ay Xəzərdə 4 dəfə zəlzələ baş verib.