Sərxoş kişi evini yandırdı

06 İyul, 2019 11:24 | Sosial | Baxış sayı: 40
Yanğın
Yanğın

Birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və əşyaları yanıb

Gəncədə yanğın hadisəsi baş verib.

İstiPress-in məlumatına görə, hadisə şəhərin İsmət Qayıbov küçəsi, ev 5 ünvanında qeydə alınıb.

Yanğını söndürmək üçün əraziyə Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürmə briqadaları cəlb olunub. Ümumi sahəsi 70 kvadratmetr olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və əşyaları yanıb. Alovun qonşu tikililərə keçməsinin qarşısı alınıb.

Məlumata görə, yanğını ev sahibi, sərxoş vəziyyətdə olan Şahin Hüseynov törədib.

O da bildirilir ki, həmin şəxs bundan əvvəl də bir neçə dəfə sərxoş vəziyyətdə evində yanğın törədib.