Kaliforniyada ikinci güclü zəlzələ - 6,9 bal

06 İyul, 2019 13:49 | Sosial | Baxış sayı: 164

Cümə axşamı ştatda 6,4 bal gücündə zəlzələ olmuşdu

ABŞ-ın Kaliforniya ştatının cənubunda 6,9 bal gücündə zəlzələ baş verib.

İstiPress-in məlumatına görə, bu barədə Avropa-Aralıq Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri Los-Anceles şəhərindən 193 kilometr şimalda, ocağı isə 10 kilometr dərinlikdə olub.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.

Xatırladaq ki, cümə axşamı ABŞ-ın Kaliforniya ştatında Los-Ancelesdən 195 kilometr şimalda yerləşən Rickrest şəhərinin yaxınlığında da 6,4 bal gücündə zəlzələ baş verib. Zəlzələnin ocağı 9 kilometr dərinlikdə olub.