İkinci Mahmudun dəfn olunacağı yer müəyyənləşib

06 İyul, 2019 14:45 | Sosial | Baxış sayı: 418
İkinci Mahmud - Mahmud Ağakişiyev
İkinci Mahmud - Mahmud Ağakişiyev

Hazırda yazıçının cənazəsi doğulduğu kəndə aparılır

Bu gün dünyasını dəyişən gənc yazıçı İkinci Mahmud (Mahmud Ağakişiyev) doğulduğu Ağstafa rayonunun Muğanlı kəndində dəfn olunacaq.

İstiPress-in məlumatına görə, hazırda yazıçının cənazəsi həmin kəndə aparılır. 

Mərhum bu gün kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, İkinci Mahmud iyulun 6-da Bakıda yaşadığı evdə ürəktutmasından vəfat edib. 

İkinci Mahmud - Mahmud Atakişiyev
İkinci Mahmud - Mahmud Atakişiyev

13:12

Yazıçı “İkinci Mahmud” ləqəbi ilə tanınan Mahmud Atakişiyev vəfat edib.

İstiPress-in məlumatına görə, bu barədə onun yaxınları "Facebook"da və digər sosial şəbəkələrdə məlumat yayıblar.

M.Atakişiyev evində ürəktutmadan vəfat edib. Həyat yoldaşı onun nəşini evdə tapıb.

İkinci Mahmud Aqşin Yeniseylə birlikdə
İkinci Mahmud Aqşin Yeniseylə birlikdə