Sabah dənizə getməyin

06 İyul, 2018 13:46 | Sosial | Baxış sayı: 123
Dalğalı dəniz
Dalğalı dəniz

Şimşək çaxacaq, leysan olacaq,dolu düşəcək

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Arabir güclü şimal-qərb küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən İstiPress-ə veriln məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 23-25, gündüz 28-33, Bakıda gecə 23-25, gündüz 29-31 dərəcə isti olacağı gözlənilir.

Abşeron çimərliklərində

İyulun 7-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 26-27, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti təşkil edəcək.

Şimal-qərb küləyinin güclənməsi yüksək dalğalanma yaradacaq ki, bununla əlaqədar çimərliklərə üz tutmağınızı məsləhət görmürük.

Azərbaycanın rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 21-26, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə, iyulun 7-də Abşeron yarımadasında xəzri küləyinin güclənməsi ilə əlaqədar temperaturun iqlim norması daxilində olacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün müsbət anter some text