Hava dəyişir, temperatur düşəcək - XƏBƏRDARLIQ

06 İyul, 2018 13:23 | Sosial | Baxış sayı: 232
Yağış
Yağış

Bəzi yerlərdə leysan olacaq

Həftəsonu ölkə ərazisində hava soyuyacaq. İyulun 7-dən 8-i gündüzədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti gözlənilən hava ilə bağlı xəbərdarlıq edib. Qurumdan verilən məlumata görə, havanın temperaturu tədricən 4-6 dərəcə aşağı enəcək.

Azərbaycan rayonlarında iyulun 7-dən 8-i axşamadək qərb küləyinin bəzi yerlərdə arabir güclənəcəyi, ayrı-ayrı şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi, bəzi dağ çaylarında sululuğun artacağı, qısamüddətli daşqın keçəcəyi ehtimalı var.