Bakıda stansiya ləğv edildi

06 İyun, 2018 19:20 | Sosial | Baxış sayı: 251
Stadler Rail Group qatarları
Stadler Rail Group qatarları

Prezident sərəncam verdi

Prezident İlham Əliyev Bakı şəhəri Qaradağ rayonunun ərazisində yerləşən "Heybət" dəmir yolu stansiyasının ləğv edilməsi haqqında sərəncam imzalayıb.

İstiPress-in məlumatına görə, həmin ərazidə beynəlxalq standartlara cavab verən, geniş əraziyə və müasir infrastruktura malik, yeni informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilmiş dəmir yolu stansiyası inşa edildiyi üçün "Heybət" dəmir yolu stansiyası ləğv edilib.

Yeni inşa edilmiş dəmir yolu stansiyası isə “Abşeron” adlandırılıb.