Azərbaycanda ağır COVID-19 xəstələrinə qan köçürülməsinə başlanıldı

06 May, 2020 12:34 | Sosial | Baxış sayı: 59

Donor olmaq istəyənlər əlaqə saxlaya bilərlər

Azərbaycanda ağır koronavirus xəstələrinin immun plazma müalicəsinə başlanılıb. 

İstiPress-in məlumatına görə, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

TƏBİB bu məqsədlə COVID-19 xəstəliyindən sağalan vətəndaşlardan qan plazması donoru olaraq, digər xəstələrə yardım etməyə çağırıb. 

Qeyd olunub ki, donor olmaq istəyənlər aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər: 

Ünvan: Mərkəzi Qan Bankı, Mirəli Qaşqay küçəsi 87;

907

+99412 440 65 86

+99412 440 78 50

+99412 441 66 52