Tanınmış şair dünyasını dəyişdi

06 May, 2019 17:37 | Sosial | Baxış sayı: 194
Dəmir Gədəbəyli
Dəmir Gədəbəyli

Bir müddətdir ki, leykoz xəstəliyindən əziyyət çəkirdi

Tanınmış şair,  Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru Dəmir Gədəbəyli dünyasını dəyişib. 

İstiPress-in məlumatına görə, bu barədə şairin həyat yoldaşı Rüxsarə Növruzova bildirib. 

Onun sözlərinə görə, bir müddətdir ki, leykoz xəstəliyindən əziyyət çəkən şair Dəmir Gədəbəyli bu gün 10.15 radələrində müalicə aldığı B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda dünyasını dəyişib.

27 mart 1939-cu ildə Gədəbəy rayonunun Ataxal kəndində doğulan Qasımov Dəmir Müseyib oğlu, həm də elm adamı idi. O, filologiya elmləri doktoru professor kimi bir sıra ali məktəblərdə pedeqoji fəaliyyətlə məşğul olub.

1961-1991-ci illərdə AzTV-də müxbir, redaktor və məsul katib işləyib. 1991-1994-cü illərdə "20 yanvar" qəzetinin baş redaktoru olub.

Şairin çox sayda şerlərinə bəstəkar Elza İbrahimova və başqa bəstəkarlar mahnılar bəstləyib.

Allah rəhmət eləsin!