DİQQƏT! Yeni ölümcül xəstəlik yarandı

06 May, 2017 00:50 | Sosial | Baxış sayı: 325
Həkimlər
Həkimlər

Xəstəlik temperatur, ürəkbulanma, qusma və ishal ilə özünü göstərir

Liberiyada iki həftə ərzində 28 nəfər naməlum xəstəlik diaqnozu ilə xəstəxanaya yerləşdirilib ki, onlardan 12-si ölüb. İstiPress-in məlumtına görə, xəstəlik temperatur, ürəkbulanma, qusma və ishal ilə özünü göstərir.

Xəstəliyin ebola olduğu zənn edilsə də, test nəticələri onun olmadığını göstərib.  Belə halın yaranmasına bəzi yararsız ərzaqlar və çirkab suyun səbəb olduğu ehtimal olunur. Xəstəliyin müəyyən olunması ilə bağlı ÜST ekspertləri və digər beynəlxalq təşkilatlar iş aparır.