Türkiyədən koronavirusla bağlı dünyanı sevindirən xəbər

06 Aprel, 2020 11:14 | Sosial | Baxış sayı: 216
Peyvənd
Peyvənd

"Heyvanlar üzərində sınaq uğurlu oldu"

Dünyanı cənginə alaraq onminlərlə insanın ölümünə, bütün ölkələrin özünü izolyasiya rejiminə keçirməsinə səbəb olan koronavirusun peyvəndi istiqamətində atılan addımlarda daha bir ölkə uğur əldə etdiyini açıqlayıb. Söhbət Türkiyədən gedir.

Türkiyənin Elm qurumunun üzvü, professor Ateş Kara bu barədə məlumat verib. O, peyvəndi artıq heyvanlar üzərində sınaqdan keçirdiklərini və uğurlu nəticə əldə etdiklərini açıqlayıb. Bu barədə o sosial şəbəkə hesabında məlumat verib. Alimin sözlərinə görə, qoruyucu antikor yaratmağı hədəfləyən peyvənd heyvandlarda bu təbəqəni yaradıb. "İndi növbədə onun xəstəliklərdən qoruyub-qoruya bilməyəcəyini gözləməkdir".

Xatırladaq ki, martın 10-da Türkiyəyə sıçrayan koronavirusdan ölüm və yoluxma sayı sürətlə artır. Son məlumata görə, 23934 yoluxma qeydə alınıb. Ölü sayı isə 501-ə çatıb.