Tələbələrin təhsil haqqı ilə bağlı layihə hazırlanır

06 Aprel, 2020 13:45 | Sosial | Baxış sayı: 97
Təhsil Nazirliyi
Təhsil Nazirliyi

Qərar qəbul edildikdən sonra bütün suallara dəqiq cavab veriləcək

"Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi ilə bağlı sərəncamdan irəli gələn məsələlər müzakirə olunur və qərar layihəsi üzərində iş gedir". Bunu Təhsil nazirinin müşaviri Elnur Məmmədov deyib.

O qeyd edib ki, qərar qəbul və elan ediləndən sonra verilən bütün suallara dəqiq cavab vermək olacaq.

Onun sözlərinə görə, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi üçün 40 milyon AZN məbləğində kompensasiya nəzərdə tutulub.