Sabah qar yağacaq

06 Aprel, 2020 13:20 | Sosial | Baxış sayı: 68
Yağışlı hava
Yağışlı hava

Külək də ayrı-ayrı yerlərdə arabir güclənəcək

Sabah ölkə ərazisində yağmurlu hava gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, aprelin 7-də Bakıda və Abşeron yarımadasında gün ərzində arabir yağış yağacağı, duman olacağı gözlənilir. Güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək. 

Havanın temperaturu  Bakıda və Abşeron yarımadasında gecə 6-8, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan yüksək 770 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə və gündüz 75-85 faiz təşkil edəcək.  

Aprelin 7-də Azərbaycanın rayonlarında  arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. 
Duman olacaq, qərb  küləyi  gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu  gecə 3-6, gündüz 7-10 dərəcə isti, 
dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz  2-5 dərəcə isti olacaq.