Azərbaycanda 12 nəfər də koronavirusdan sağaldı - 57 yeni xəstə

06 Aprel, 2020 15:35 | Sosial | Baxış sayı: 463
Koronavirus
Koronavirus

İnfeksiyaya yoluxan şəxslərin sayı 641 nəfəri keçdi

Azərbaycan Respublikasında 57 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınmış, həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilib. Nazirlər Kabineti yanında Operativ Qərargahdan bu barədə məlumat verilib.

Eyni zamanda, koronavirus infeksiyasına yoluxmuş 12 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Ümumilikdə, ötən dövr ərzində ölkəmizdə koronavirus infeksiyasına yoluxmuş 641 şəxsdən 44 nəfəri müalicə olunaraq sağalıb, 7 nəfər vəfat edib, 590 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Onlardan 11 nəfərin vəziyyəti ağır, 17 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.