Maşın şüşəsinə gerb yapışdırmaq olar?

06 Aprel, 2019 16:33 | Sosial | Baxış sayı: 147
Gerb yapışdırılan maşın
Gerb yapışdırılan maşın

DYP son zamanlar artan halla bağlı açıqlama verdi

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə və avtomobil sahiblərinə müraciət edib. İdarədən bildiriblər ki, son zamanlar avtomobillərin ban şüşələrinə dövlət gerbinin təsvirinin yapışdırılması halları tez-tez müşahidə olunur. Bu da Azərbaycan Respublikasının Dövlət gerbi haqqında Əsasnaməyə ziddir.

Bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsi sürücülərin nəzərinə çatdırır ki, dövlət atributunun təsvirinin nəqliyyat vasitələrinin üzərinə yapışdırılması və bu şəkildə istifadə olunması yolverilməzdir.

"Dövlət atributlarından yalnız xüsusi operativ nəqliyyat vasitələrində, dövlət təşkilatlarına məxsus avtomobillərdə istifadəsi mümkündür. Dövlət atributlarına hörmətlə yanaşmaq Azərbaycan Respublikasının hər bir vətəndaşının borcudur".