Şəhid sərhədçi hansı universitetei bitirib?

06 Mart, 2020 10:55 | Sosial | Baxış sayı: 260
Orxan Paşazadə
Orxan Paşazadə

Təhsil Nazirliyinin rəsmisindən açıqlama

Dünən axşam saatlarında Qazax rayonunun sərhəd kəndində düşmənin snayper gülləsi ilə şəhid olan əsgər Orxan Paşazadə Naxçıvan Universitetinin məzunudur.

Bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov şəxsi "Facebook" səhifəsində yazıb:

"Çox böyük ağrı hissi ilə bildiririk ki, dünən axşam saatlarında Qazax rayonunun sərhəd kəndində əsgər Orxan Paşazadə düşmənin snayper gülləsi ilə şəhid olub. O, ötən il Naxçıvan universitetini ingilis dili müəllimliyi ixtisası üzrə bitirib. Orxanın atası Nazim müəllim də Cəlilabadın Cəfərxanlı kənd orta məktəbinin tarix müəllimidir".

Şəhid Orxan Paşazadə Cəlilabadın Cəfərxanlı kəndində dəfn olunacaq.