İçki aludəçisi evində yanaraq öldü

06 Mart, 2020 14:23 | Sosial | Baxış sayı: 51

Psixi pozuntulardan əziyyət çəkirmiş

Lənkəranda ev yanandan sonra içindən meyit tapılıb.

İstiPress-in məlumatına görə, hadisə martın 5-i səhər saat 04 radələrində baş verib. Rayonun Türkəkəran kənd sakini, 1963-cü il təvəllüdlü Rasim Bağırovun yaşadığı 1 otaqlı yardımçı tikilidə yanğın olub. Yanğın söndürüldükdən sonra döşəmədən onun yanmış meyiti qardaşı Kamil tərəfindən tapılıb. 

Məlumata görə, R.Bağırov psixi pozuntulardan əziyyət çəkirmiş. Eyni zamanda, tüfeyli həyat tərzi keçirərək spirtli içki aludəçisi olub.

Faktla bağlı Lənkəran şəhər prokurorluğunda araşdırma aparılır.