Məşhur massivdə güclü yanğın - 4 nazirlik işçisi xəstəxanalıq oldu

06 Fevral, 2020 15:59 | Sosial | Baxış sayı: 125
Yanğınsöndürənlər
Yanğınsöndürənlər

Yanğın nəticəsində 1 nəfər sakin qadın xəstəxanaya yerləşdirilib

Abşeron rayonun “Cənnət Park" yaşayış kompleksində yanğın baş verib.

İstiPress-in məlumatına görə, TƏBİB-dən bildirilib ki, yanğın nəticəsində 1 nəfər sakin qadın sifətin və yuxarı ətrafların 1-2-ci dərəcəli yanığı diaqnozu ilə Yanıq Mərkəzinə, xəsarət alan FHN-in 4 işçisindən 2-si Yanıq Mərkəzinə, 2-si isə Toksikoloji Mərkəzə hospitalizə olunub.

Xəsarət alanların vəziyyəti yaxşıdır, hazırda ambulator yardım göstərilir.