Bakıda itkin düşən oğlan tapıldı

06 Fevral, 2020 19:07 | Sosial | Baxış sayı: 75
İtkin
İtkin

Sağ-salamat ailə üzvlərinə təhvil verilib

Bakıda itkin düşən 13 yaşlı oğlan tapılıb. 

İstiPresss-in məlumatına görə, Binəqədi rayonu Biləcəri qəsəbəsi yeni yaşayış massivində fərdi evdə yaşayan 1978-ci ildə anadan olmuş Kərimova Səbinə Cümşüd qızı Binəqədi RPİ-nin 4-cü PŞ-nə ərizə ilə müraciət edərək bildirib ki, onunla eyni ünvanda yaşayan 2007-ci il təvəllüdlü oğlu Kərimov Nicat Rafael oğlu yanvarın 29-da saat 22:00 radələrində yaşadığı evdən çıxıb gedib və bir daha geri qayıtmayıb. 

Kərimov Nicat fevralın 6-da Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sağ-salamat tapılaraq ailə üzvlərinə təhvil verilib.