Kirayədə vəziyyətləri pisləşən tələbə qızlardan son xəbər

05 Dekabr, 2019 15:03 | Sosial | Baxış sayı: 93
Yaralı
Yaralı

Qızlar gastroenterit ehtimalı ilə xəstəxanaya yerləşdirilmişdi

Bir neçə gün öncə özlərini piss hiss edərək xəstəxanaya çatdırılan tələbə qızlar evə buraxılıblar. Səhiyyə Nazirliyindən verilən məlumata görə,  qastroenterit (mədə soyuqlaması, sulu ishal, qarın krampları, mədə bulantısı və qusma ilə xarakterizə edilən infeksiya) diaqnozu ilə Kliniki Tibbi Mərkəzə çatdırılan iki tələbə qızın müalicəsi başa çatıb. 

Qeyd edək ki, dekabrın 3-də kirayə yaşadıqları evdə iki tələbənin vəziyyəti pisləşib. Yasamal rayonu Zahid Xəlilov küçəsi 54 ünvanına gələn həkim briqadası gastroenterit ehtimalı ilə (mədə soyuqlaması, sulu ishal, qarın krampları, mədə bulantısı və qusma ilə xarakterizə edilən infeksiya) 20 yaşlı iki tələbə qızı Kliniki Tibbi Mərkəzə çatdırıb.