Azərbaycanın ilk Ünvan portalı açıldı

05 Dekabr, 2018 10:36 | Sosial | Baxış sayı: 95
Avtobusların hərəkət xəritəsi
Avtobusların hərəkət xəritəsi

Portalın təqdimatı sabah baş tutacaq

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Azərbaycanın ilk rəsmi Ünvan portalı istifadəyə verilib. Məqsəd ünvan tapmaq işini daha da sadələşdirmək, respublika üzrə ünvan məlumatları bir virtual mərkəzdə toplanılması, ünvanların elektron idarə edilməsinə nail olmaqdır.

Bu məqsədlə komitə dekabrın 6-da geniş ictimai təqdimat keçirəcək. Tədbirin məqsədi ünvan məsələləri ilə bağlı bütün göstəriciləri bir virtual platformada cəmləşdirən Ünvan portalının istifadə qaydaları, üstünlükləri ilə bağlı ətraflı məlumat vermək, o cümlədən vətəndaşlara, dövlət qurumlarına, bələdiyyələrə verəcəyi faydanı izah etməkdir.