Mehriban Əliyeva müəllimləri "İnstagram"dan belə təbrik etdi

05 Oktyabr, 2019 11:15 | Sosial | Baxış sayı: 131
Mehriban Əliyeva
Mehriban Əliyeva

"Müəllimlik olduqca hörmətli peşədir"

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar “Instagram” səhifəsində Azərbaycan müəllimlərini təbrik edib.

“Əziz müəllimlərimiz, sizi Beynəlxalq Müəllimlər Günü münasibətilə ürəkdən təbrik edirəm. Müəllimlik olduqca hörmətli peşədir. Gənc nəslin yetişməsi məhz sizdən, sizin yüksək peşəkarlığınızdan asılıdır. Əlbəttə, hər kəs öz məktəb və tələbəlik illərini, gözəl müəllimlərini xüsusi minnətdarlıq hissi ilə xatırlayır.

Sizin müdrikliyinizin və səbrinizin layiqli qiymətini yalnız illər keçdikcə vermək mümkündür. Uşaqlara və gənclərə göstərdiyiniz sevgiyə və məsuliyyətli işinizə görə sizə təşəkkür edirəm.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, əmin-amanlıq və uğurlar arzulayıram”.