Lahıcda yeni məktəb tikiləcək - 3,5 milyon ayrıldı

05 Oktyabr, 2017 18:33 | Sosial | Baxış sayı: 54
Lahıc
Lahıc

İsmayılı rayonunun Lahıc qəsəbəsində məktəb tikintisinə 3,5 milyon manat ayrılıb

Azərbaycan prezidenti İlham Əliyev İsmayıllı rayonunun Lahıc qəsəbəsində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

İstiPress-in məlumatına görə, İsmayıllı rayonunun Lahıc qəsəbəsində 400 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə 3,5 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.