Bu ailələrdən olan 1-ci sinif uşaqlarına hədiyyələr veriləcək

05 Sentyabr, 2019 09:30 | Sosial | Baxış sayı: 111
Çanta
Çanta

Hədiyyə dəsti sentyabrın 15-dək ailələrə çatdırılacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə aztəminatlı ailələrin 2019-2020-ci tədris ilində birinci sinfə gedən övladlarına məktəb ləvazimatlarından ibarət hədiyyələr veriləcək.

Hədiyyələr ünvanlı sosial yardım alan ailələrin birinci sinif şagirdləri üçün nəzərdə tutulub.

Heydər Əliyev Fondunun sifarişi ilə aztəminatlı ailələr üçün hazırlanan hədiyyə dəsti çanta və gündəlik məktəb ləvazimatlarından ibarətdir və onlar sentyabrın 15-dək qeyd olunan birinci sinif şagirlərinə çatdırılacaq.

Qeyd edək ki, Fond “Təhsilə dəstək” layihəsi çərçivəsində hər il aztəminatlı ailələrin birinci sinif şagirdlərinə çanta və müxtəlif məktəb ləvazimatları hədiyyə edir.