Bakıda daha bir məktəb tanınmaz hala düşdü

05 Sentyabr, 2017 10:58 | Sosial | Baxış sayı: 134
Prezident İlham Əliyev 10 saylı tam orta məktəbdə
Prezident İlham Əliyev 10 saylı tam orta məktəbdə

Açılışı prezident edib

Bakıda daha bir məktəb yeniləndi. Nizami rayonundakı 10 saylı tam orta məktəbin binasının əsaslı təmir və yenidənqurmadan sonra açılışı olub. Prezident İlham Əliyev məktəbdə yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.

Dövlət başçısına məlumat verildi ki, məktəbin 1176 şagird yerlik mövcud korpusu 1979-cu ildən fəaliyyət göstərir. Məktəbin binasında bu günədək əsaslı təmir işləri aparılmamışdı. Məktəbdə 49 sinif, 2 informatika, 3 laboratoriya otağı, idman və akt zalları, hərbi otaq və yeməkxana fəaliyyət göstərir.

Yenidən qurulan məktəb binasında şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hərtərəfli şərait yaradılıb, otaqlar dərs vəsaitləri, internet, mebel-inventar və digər zəruri avadanlıqla təchiz edilib.