Belarus Azərbaycandan gələnlər üçün karantini ləğv etdi

05 Avqust, 2020 12:18 | Sosial | Baxış sayı: 85

Belarus Səhiyyə Nazirliyi Azərbaycanı, sakinləri ölkəyə gəldikdən sonra karantində olması lazım olan dövlətlər siyahısından çıxarıb.

İstiPress-in məlumatına görə, bu barədə nazirliyin mətbuat xidmətinə istinadən BelTA məlumat yayıb.

Məlumata görə, Azərbaycandan başqa Monqolustan, Tanzaniya, Fici və Şri-Lanka da siyahıdan çıxarılıb.

Qeyd olunur ki, bu ölkələrdən gələnlərin Belarusda özlərini 14 təqvim günü ərzində təcrid etmələri tələb olunmur.