Toy karvanında qəza - yaralılar var - FOTO

05 Avqust, 2019 15:08 | Sosial | Baxış sayı: 111

İki avtomobil toqquşub

Mingəçevir şəhərində toy karvanında yol-nəqliyyat hadisəsi baş verib.

İstiPress-in, hadisə şəhərin M.Maqomayev küçəsi ilə Füzuli küçəsinin kəsişməsində qeydə alınıb.

Belə ki, toy karvanında olan "KİA" markalı avtomobil işıqforun qırmızı işığının tələblərini pozaraq yoluna davam edib və hərəkətdə olan "BMW" markalı avtomobilin qarşısına çıxıb. İki avtomobilin toqquşması nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.

Faktla bağlı araşdırmalar aparılır.