Külək ağacı məktəbli qızın başına saldı - reanimasiyadadır

05 Avqust, 2019 15:32 | Sosial | Baxış sayı: 164

Qapalı kəllə-beyin travması və beyin əsasına keçən sınıq diaqnozu qoyulub

Sumqayıtda güclü külək nəticəsində ağacın budaqları sınaraq 10 yaşlı uşağın başına düşüb.

İstiPress-in məlumatına görə, hadisə şəhərin 12-ci mikrorayon deyilən ərazisində qeydə alınıb. 

Sumqayıt Şəhər Xəstəxanasına çatdırılan xəstəyə qapalı kəllə-beyin travması və gicgah nahiyəsindən beyin əsasına keçən sınıq diaqnozu qoyulub. 

Hazırda qızın müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, huşu aydındır. 

Vəziyyəti orta-ağırdır.