Güclü külək şimal rayonunda fəsadlar törətdi

05 Avqust, 2019 16:58 | Sosial | Baxış sayı: 132

30 kilovoltluq hava xəttinin üzərinə ağac düşüb

Bu gün səhər saatlarından Xaçmaz rayonu ərazisində başlayan güclü külək fəsadlara yol açıb.

İstiPress-in şimal bürosunun məlumatına görə, Xaçmaz şəhərində və rayondakı özəl təsərrüfatlardan birində olan ağac kökündən qoparaq aşıb.

Güclü külək rayonun Xudat şəhəri və ətraf kəndlərdə gələn elektrik xəttini zədələyib. Yalama-Nabran 30 kilovoltluq hava xəttinin üzərinə ağac düşüb. Bir neçə elektrik şalbanı küləyin təsirindən aşıb. Xudat ərazisində əksər kəndlərə verilən enerji dayanıb.

Hazırda "Azərişığ"ın Xaçmaz şöbəsinin əməkdaşları və qəza briqadası dəyən ziyanın və fəsadların aradan qaldırılması ilə məşğuldur.