Bakıda güclü küləyə görə sürət azaldıldı

05 Avqust, 2019 13:13 | Sosial | Baxış sayı: 58
Heydər Əliyev prospekti
Heydər Əliyev prospekti

Yollarda güclü küləklə bağlı xəbərdaredici məlumat yazılıb

Bakıda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar yollarda təhlükəsizlik tədbirləri görülür. Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, bu çərçivədə Heydər Əliyev prospekti-Hava limanı və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün hərəkət zolaqları üzrə sürət həddi 20 km/saat endirilib. Məlumat lövhələrinə güclü küləklə bağlı xəbərdaredici məlumat yazılıb.

Xatırladaq ki, BNA küləkli hava ilə bağlı bu gün səhər də xəbərdarlıq edib. "Sərnişinlərdən xahiş edirik ki, avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olsunlar. Dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməsinlər. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində eyni qaydalara riayət edilməlidir. 

Sürücülərə tövsiyə edirik ki, hərəkətdə olan zaman yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə əməl etsinlər".