Bakıda daha bir idarədən güclü külək xəbərdarlığı

05 Avqust, 2019 11:52 | Sosial | Baxış sayı: 252
Küləkli hava
Küləkli hava

Yollara və avtobuslara nəzarət gücləndirilib

Bakı Nəqliyyat Agentliyi paytaxtda müşahidə edilən küləkli hava ilə bağlı xəbərdarlıq edib. BNA bütün hərəkət iştirakçılarına ehtiyatlı olmağı tövsiyə edib. 

"Sərnişinlərdən xahiş edirik ki, avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olsunlar. Dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməsinlər. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində eyni qaydalara riayət edilməlidir. 

Sürücülərə tövsiyə edirik ki, hərəkətdə olan zaman yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə əməl etsinlər". 

Hava şəraiti ilə əlaqədar paytaxt yollarına və ictimai nəqliyyat infrastrukturlarına nəzarət gücləndirilib.