Cəlilabadda hamama girən kişi elə şey gördüki...

05 Avqust, 2017 13:35 | Sosial | Baxış sayı: 632
Çöl pişiyi
Çöl pişiyi

Yuyunmaq istəyən şəxs dərhal qapını qıfılayıb

Cəlilabadda vəhşi çöl pişiyi kəndə girib. İstiPress-in bölgə müxbiirinin verdiyi məlumata görə, hadisə rayonun Abışabad kəndində baş verib.

Kənd sakini Elman Hüseyinov səhər saatlarında hamam otağına girmək istəyərkən orada vəhşi çöl pişiyinin olduğunu görüb və dərhal qapını bağlayıb. Vəhşi heyvanın evdən çıxarılması üçün o aidiyyatı quurmları məlumatlandırıb.

Əraziyə gəlmiş polis və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının köməyi ilə vəhşi çöl pişiyi tutulub. Daha sonra meşə massivinə aparılaraq, təbiət qoynuna buraxılıb.

Pişiyin hamam otağına hansı yolla girdiyi bilinmir.