Artur Rasi-zadə taksilərlə bağlı yeni qərar verdi

05 Avqust, 2017 13:58 | Sosial | Baxış sayı: 1112
Artur Rasizadə Azərbaycanın baş naziri
Artur Rasizadə Azərbaycanın baş naziri

Baş nazir qərarı imzalayıb

Azərbaycanın baş naziri Artur Rasi-zadə “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda dəyişikliklər edilməsi haqqında qərar imzalayıb.

İstiPress xəbər verir ki, qərara əsasən, Qaydaların 9.5-ci bəndində “Taksilərin dayanacaq yeri” sözləri “Minik taksilərinin duracaq yeri” sözləri ilə və “edə bilər” sözləri “etməlidir” sözü ilə əvəz edilib.

Dəyişikliyə qədər Qaydaların 9.5-ci bəndində göstərilirdi ki, sifariş gözləyərkən daşıyıcı taksi minik avtomobilləri üçün nəzərdə tutulmuş “Taksilərin dayanacaq yeri” yol nişanı ilə işarələnmiş dayanacaqlardan istifadə edə bilər.

Lakin Qaydalara dəyişiklik edilməklə, taksilərin sifariş gözləyərkən “Minik taksilərinin duracaq yeri” yol nişanı ilə işarələnmiş dayanacaqlardan istifadə etməsi məcburiləşdirilir.