Bir ürəyi olan siam əkizləri doğuldu

05 İyul, 2019 10:24 | Sosial | Baxış sayı: 75

Vəziyyətləri yaxşı olmayan körpələrin oksigen çatışmazlığı var

Hindistanın Odişa ştatında bir ürəyi olan siam əkizləri dünyaya gəlib.

İstiPress-in məlumatına görə, əkiz bacıların döş qəfəsi və qarın nahiyyəsi bitişikdir. Hazırda həkimlərin xüsusi komandası analizlər aparır. Vəziyyətləri yaxşı olmayan körpələrin oksigen çatışmazlığı var.

Əkizlər 4,3 kiloqram çəkidə doğulublar.