Bakıda kirayədə qalan tələbə qız itkin düşdü

05 İyul, 2019 10:40 | Sosial | Baxış sayı: 77
İtkin qız
İtkin qız

Saat 22 radələrində evdən mağazaya çörək almaq adı ilə çıxıb

Bakıda 18 yaşlı tələbə qız itkin düşdü

İstiPress-in məlumatına gör, Bakıda tələbə qız itkin düşüb. Hadisə paytaxtın Yasamal rayonunda qeydə alınəb.

Xaçmaz rayon sakini, Yasamal rayonu, 2-ci Alatava qəsəbəsində kirayədə yaşayan, 2 saylı Tibb Kollecinin 1-ci kurs tələbəsi, 2001-ci il təvəllüdlü Cəlilova Arzu Hikmət qızı iyulun 1-də axşam saat 22 radələrində evdən mağazaya çörək almaq adı ilə çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.