Araq Rusiyada ən təhlükəsiz, kabab isə ən təhlükəli ərzaq sayılıb

05 İyun, 2020 12:02 | Sosial | Baxış sayı: 237

Rusiyanın keyfiyyətə nəzarət qurumu “Roskaçestvo” donuz kababını və konyakı ən təhlükəli, arağı və bitki yağını ən təhlükəsiz ərzaq sayıb.

İstiPress-in məlumatına görə, bu barədə qurumdan bildirilib. Məlumatda o da vurğulanıb ki, bu nəticəyə aparılan onlarla tədqiqatdan sonra gəlinib.

Ən təhlükəlilər sırasına vanilli pendirlər də daxil edilib. Qurum ən təhlükəsiz ağartı məhsulu kimi çiyələkli yoğurtu xamanı sayıb. Kəsmik və kərə yağ da təhlükəsiz qida sayılıb. Tomat şirəsi və pivə də təhlükəsiz qidalar sırasına daxil olub.