Bakı məscidlərində bayram namazı qılınıb

05 İyun, 2019 09:54 | Sosial | Baxış sayı: 95
Şeyxülislam Allahşükür Paşazadə namaza pişnamazlıq edir
Şeyxülislam Allahşükür Paşazadə namaza pişnamazlıq edir

"Təzə Pir" məscidində bayram namazı Allahşükür Paşazadənin pişnamazlığı ilə qılınıb

Bu gün Bakı məscidlərində Ramazan bayramının namazı (Ftir) qılınır.

İstiPress-in məlumatına görə, Fitr namazı saat 08:00-da paytaxtın "Əjdərbəy" məscidində qılınıb. 

Bakıdakı "Təzə Pir" məscidində və digər məscidlərdə bayram namazı saat 09:00-da qılınıb. "Təzə Pir" məscidində bayram namazı Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin pişnamazlığı ilə qılınıb.