Suda batmış gəncin meyiti tapıldı

05 İyun, 2018 16:39 | Sosial | Baxış sayı: 158
Samur-Abşeron kanalı
Samur-Abşeron kanalı

Samur- Abşeron kanalına traktorla düşmüş 17 yaşlı Dəyanət Nəbiyevin meyiti bu gün kanalın Quba ərazisindən keçən hissəsində tapılıb.

İstiPress-in şimal bürosunun məlumatına görə, Nəbiyev Dəyanət Didar oğlunun kanala mayın 25-i axşam saatlarında Qusar rayonu, Urva kəndi ərazisindən keçən hissəsində (ən yaxın xilasetmə məntəqəsindən 82 km aralıda, nəzarətsiz ərazidə) batdığı ehtimal olunur. 

FHN-dən verilən məlumata görə, D. Nəbiyevin meyiti Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilib.