Quranı yandırmağa icazə verildi - ŞOK qanun

05 İyun, 2017 10:00 | Sosial | Baxış sayı: 313
Yandırılan kitablar
Yandırılan kitablar

300 ildən çox tarixi olan qanun ləğv edildi

Danimarka 300 ildən çox tarixi olan dini ehkamların tənqidi barədə qanun ləğv edilib. Artıq ölkədə dini artibutları, simvolları tənqid edən, o cümlədən Quran və İncil kimi müqəddəs kitabları yandıranlar belə məsuliyyətə cəlb edilməyəcəklər. 

Parlament üzvləri dinin bu və ya başqa aşkar fikirlərdən müdafiəsi üçün xüsusi qanunun mövcudluğuna ehtiyac olmadığını bildiriblər. "Din nəyə icazə verildiyini, nəyin ictimai sürətdə qadağan edildiyini diktə etməməlidir. Bu cəmiyyətdə ədalətsizliyə yol açır", deyə qanun ləğvini təklif edən deputat Bruno Cepar bildirib.

Bununla belə dini inancına görə birbaşa təhdidlər, qorxutmaq və başqa aqresiv fəaliyyətə görə cəzalar saxlanılıb. 

Məlumata görə, 2015-ci ildə "Facebook"da Quranın yandırılması videosu yayılmışdı. Bu aktı törədən şəxsin gələn həftə məhkəməsi olmalı idi. Lakin danimarkalının məhkəmə prosesi ləğv edilib. 

Danimarka dini müqəddəslər və ehkamların tənqid edilməsini qadağan edən qanunun qüvvədə qaldığı yeganə ölkə idi. Bu əmələ görə 4 ay cəza və ya cərimə nəzrədə tutulurdu.