İsrail koronavirusa qarşı vaksin yaratdığını bəyan etdi

05 May, 2020 15:49 | Sosial | Baxış sayı: 112

"Anticisimlər virusa hücum edib və onu xəstənin bədənində zərərsizləşdirə bilirlər"

İsrail alimləri koronavirusa qarşı peyvəndin yaradılması istiqamətində irəliləyişə nail olublar.

İstiPress-in məlumatına görə, bu barədə ölkənin Müdafiə naziri Naftali Bennetta məlumat verib.

Onun sözlərinə görə, İsrail Bioloji Tədqiqatlar İnstitutunun məxfi laboratoriyasına baş çəkib və ona yoluxmuş bir şəxsin bədənindəki koronavirusu neytrallaşdıra bilən anticisimin necə işlədiyi göstərilib.

"Bu anticisimlər virusa hücum edib və onu xəstənin bədənində zərərsizləşdirə bilirlər”, - nazir deyib.

O əlavə edib ki, hazırda patent qeydiyyata alınır və daha sonra kommersiya istehsalına başlanılacaq. Bununla birlikdə, nazir peyvəndin hazırlanması müddətini göstərməyib.

İsrail alimlərinin apardıqları tədqiqat nəticələri “Nature Communications” jurnalında dərc edilib.