Ermənistanda koronavirusdan ölənlərin sayı 40-a çatdı

05 May, 2020 10:59 | Sosial | Baxış sayı: 23
Ermənistanda koronavirusa qarşı yoxlama
Ermənistanda koronavirusa qarşı yoxlama

Virusa yoluxanların sayı 2 619-a yüksəlib

Ermənistanda daha 112 nəfərdə koronavirus aşkarlanıb, 1 nəfər virusdan ölüb.

İstiPress bildirir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 2 619-a yüksəlib.

Məlumata görə, ölkədə pandemiyadan ümumilikdə 40 nəfər ölüb.

Bundan başqa, indiyədək 1 111 nəfər koronavirusdan sağalıb.