Yaşayış binasında yanğın həyəcanı

05 May, 2019 12:37 | Sosial | Baxış sayı: 39
FHN-nin yanğınsöndürənləri hadisə yerində
FHN-nin yanğınsöndürənləri hadisə yerində

Gəncədə yanğın hadisəsi qeydə alınıb.

IstiPress Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, şəhərin Nizami rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində 6 m² sahədə məişət tullantıları yanıb.

Yanğın zamanı 6 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.

Alovun qarşısı yanğından mühafizə bölmələri tərəfindən alınıb.