“Mercedes” aşdı - Ölü və yaralılar var

05 May, 2019 14:56 | Sosial | Baxış sayı: 76
Avtomobil qəzası
Avtomobil qəzası

Sabirabadda 1 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İstiPress-in məlumatına görə, hadisə Salyan-Şirvan yolunda, Xankeçən kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində rayon sakinləri - 1984-cü il təvəllüdlü Saməddin İbrahim oğlu Fərzəliyev, 1964-cü il Xatirə Aslan qızı Əhmədova və 1968-ci il təvəllüdlü Sevda Zakir qızı Əhmədova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq S.Fərzəliyev xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.