Hava 27 dərəcəyə qədər qızacaq

05 May, 2019 13:32 | Sosial | Baxış sayı: 63
Bakı şəhəri
Bakı şəhəri

Şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq

Mayın 6-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

İstiPress Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu yarımadada gecə 12-15°, gündüz 19-24°, Bakıda gecə 13-15°, gündüz 21-23° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi dağlıq ərazilərdə lokal qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 9-14°, gündüz 22-27°, dağlarda gecə 3-7°, gündüz 9-14° isti təşkil edəcək.